2024-cü ilin dövlət büdcəsi - ŞƏRH

2024-cü ilin dövlət büdcəsi - ŞƏRH
17.11.2023 13:48
Aa
dəq

Azərbaycan Respublikasının 2024-cü il üçün dövlət büdcəsi dünyada gedən maliyyə-iqtisadi proseslər, hərbi-iqtisadi gərginliklər, Azərbaycanın daxili potensialı, gələcək perspektivləri nəzərə alınmaqla prioritet istiqamətlər müəyyən edilməklə hazırlanmış sosial yönümlü, investisiya tutumlu balanslaşdırılmış bir büdcədir. Büdcəmizin həm gəlir hissəsi, həm də xərc hissəsinin artmı nəzərdə tutulmuşdur. Gəlirlər 34,2 milyon manat və cari ildəkindən 282 milyon manatdan çox, xərclər isə 36,8 milyard manat və yaxud cari ildəkindən 138,2 milyon manat çox olmaqla nəzərdə tutulmuşdur. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

"Büdcənin istiqamətlərini müəyyənləşdirərkən deyə bilərik ki, 3 istiqamət haqlı olaraq prioritet olaraq götürülmüşdür. Birincisi müdafiə və təhlükəsizlik xərcləri, baxmayaraq ki, 44 Günlük Vətən Müharibəsi və bu ilin sentyabrında antiterror əməliyyatları nəticəsində Azərbaycan torpaqları işğaldan azad olunub, ərazi bütövlüyü və suverenliyi təmin olunub. Ancaq Ermənistan hələki sülh müqaviləsi imzalamaq məqsədlərindən yayınır və bir çox qərb dövlətləri Fransa və Amerikada burada iştirak etməklə bölgədə gərginliyin qalmasında maraqlıdırlar, buna görə də Azərbaycanın dövlət büdcəsində hərbi xərclərin yüksək olması məntiqidir. Bu mənada bizim müdafiə və təhlükəsizlik xərclərimiz 9,4 milyard manat olmaqla, dövlət büdcəsinin 4/1-ni təşkil edəcək, yəni, 25% olacaq.

İkinci istiqamət isə, şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərin bərpası, burada məskunlaşma, yenidənqurma işlərinin həyata keçməsi və "Böyük Qayıdış" proqramının uğurla davam edilməsiylə bağlıdır. "Böyük Qayıdış" proqramına görə, yaxın 2 il ərzində bölgəyə 140 mindən çox vətəndaşımızın köçürülməsi və məskunlaşması nəzərdə tutulub. Bu məqsədlə "Böyük Qayıdış" proqramına dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Ümumilikdə isə bu ilin sonuna qədər "Böyük Qayıdış" və torpaqlarımızın işğaldan azad edilməsindən sonra bərpa-quruculuq işlərinə, infrastruktur layihələrinə indiyə qədər 12 milyard manat vəsait xərclənmişdir. Gələn il isə 4 milyard manat əlavə olaraq, cəmi 16 milyard manat, 2020-ci ildən sonrakı dövrdə bu məqsədlə xərclənmiş olacaq.

Üçüncü istiqamət heç şübhəsiz ki, həmişə Azərbaycan Prezidentinin daxili siyasətində mühüm yer tutan sosialyönümlü xərclər, sosial-müdafiə, sosial-təminat xərcləridir ki, bu da büdcədə çox böyük vəsait tələb edir. Təxminən 15,8 milyard manat və yaxud da dövlət büdcəsinin 44%-ni bu xərclər təşkil edəcəkdir. Bu xərclərə əmək haqqlarının ödənilməsi, səhiyyə xərcləri, təhsil xərcləri, elm və mədəniyyət xərcləri, sosial müdafiə və sosial təminat xərcləri bunların hər birində cari illə müqayisədə artım müəyyən edilmişdir. 

Əsas vətəndaşlarımızı narahat edən məsələlərdən biri inflyasiyadır. İnflyasiya koronavirus pandemiyası və ondan sonrakı dövrdə bütün dünyanı cənginə almış çox ağır və iqtisadi-sosial fəsadları olan bir hadisə idi və Azərbaycanda da bu özünü çox ciddi şəkildə 2021-2022-ci illərdə göstərmişdir. 2023-cü ildə inflyasiya bir qədər aşağı düşdü. Gələn il isə inflyasiyanın tam nəzarət altına alınması 5,3% enməsi gözlənilir.

Eyni zamanda gələn ilin büdcəsinə fikir versək, gələn ildə pensiya müavinətlərinin artırılması üçün də kifayət qədər vəsait ayrılıb. Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri 10%-ə qədər artaraq artıq 7 milyard manata çatacaq. Bütövlükdə götürəndə gələn ilin büdcəsi etibarlı, təminatlı bir büdcədir.  Bu büdcə vətəndaşlarımızın sosial rifah halının qorunmasına, dövlət təhlükəsizliyimizin və müdafiənin təmin olunmasına, bir neçə istiqamətlərdə investisiya layihələrinin həyata keçirilməsinə,o cümlədən Qarabağın və Şərqi Zəngəzurun bərpasında böyük işlərin görülməsinə maliyyə təminatı yarada biləcəkdir.".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu