Payızın gəlişi dəb aləminə də təsirsiz ötüşməyib. Belə ki, moda nəhəngləri artıq 2023 payız/ qış dəbini artıq müəyyən edib.
"Operativ Məlumat Mərkəzi-OMM" yeni mövsümün ən dəbli parçalarını sizlərə təqdim edir.
1. Peplum
Belə ki, peplum pencək, ətək, don və bluzların aşağı hissəsinin qabarıq kəsim formasında olmasıdır. Dəb tarixinə 19-cu əsirdə gələn bu model 20-ci yüzilliyin 40-cı illərində yenidən dəb halına gəlib. 80 il sonra yenidən gündəmə gələn bu model "Bottega Veneta", "Off-White", "16Arlington" kimi dəb nəhənglərin yeni kolleksiyasında yer alıb.
2. Sadə və şık geyimlər
Son dövürlərdə populyarlığını qorumağı bacaran sadə və şık geyimlər bu mövsümdə də dəb həvəskarlarının qardirobunda yer alacaq. Əbədi jiletlərdən tutmuş bleyzerlərə və hətta sadə kəsilmiş cins şalvarlara qədər sakit dəbdəbə sonsuz uzunömürlülüyü sayəsində növbəti mövsümdə izləniləcək ən ağıllı tendensiyalardan biri olacaq. Məşhur dizaynerlər və loqotiplər son kolleksiyalarında dəbdəbənin əksinə sakit və şık geyimlərə üstünlük verib.
Belə ki, "Bottega Veneta & Gucci", həmçinin "Ferragamo", "Gabriela Hearst" və "Miu Miu" kimi sferanın ən parlaq nümunələri yeni kolleksiyarında bu tendensiyaya diqqət yetirib.
3. Transparan geyimlər
Dizaynerlər bu dəfə də transparan geyimlərdən yan keçməyib. Açıq, tüllərlə bəzədilən bu geyim nümunəsi artıq uzun müddətdir ki, dəb nəhənglərinin seçimlərində xüsusi dəyərləndirilir. Bu dəfə də parlaq simaların seçimi olan moda bəlirləyiciləri sərhədlərə qarşı gələrək transparan geyimlərə üstünlük verib.
"Gucci", "Bottega Veneta", "Fendi", "Moschino" kimi nəhənglərin kolleksiyasında yer alan təsvirləri təqdim edirik.
4. Qırmızı
İnsanlar həmişə "mövsümün rəngi" haqqında bilmək istəyirlər. "Barbie" filmi sayəsində hələ də gündəmdə qalan çəhrayı trendinə baxmayaraq moda insayderləri bu mövsümün ən populyar rənglərindən birinin qırmızı olduğunu bildirib. Ehtiras rəngi olaraq dəyərləndirilən bu rəng bir daha moda həvəskarlarının qarderobunda öz yerini alacaq.
Həmçinin, "Stella McCartney" "Kristofer Keyn", "Bottega Veneta", "The Row", "Victoria Beckham", "David Koma", "Di Petsa", "Eudon Choi", "Alexander McQueen & Prada" kimi dəb aparıcılarınıın mövsüm kolleksiyasında öz yerini alıb.
6. Uzun qara palto - LBC
Mövsümün ən trend parçalarından biri olan uzun qara palto payız üçün ən gözəl üst geyim variantı olacaq. Bu il də maksi boyda olan uzun paltolar dəb həvəskarlarının sevilən parçaları arasında yer almağı bacarıb. Olduqca sadə və şık geyim uslubuna daxil olan bu paltolar istər klassik istərsə də idman üslubunu tamamlamağa qadirdir.
"Stella McCartney", "Givenchy & Victoria Beckham", "Balenciaga", "Dolce & Gabbana", "Prada & Chanel"
7. Çiçək detalları
Bir çoxumuz yaz və yay aylarında çiçəkləri sevirik. Bu dəfə isə payız/qış kolleksiyasında tez-tez qarşılaşacağıq. İstər minimal, istrərsə də maksimal çiçək detallarına sahib olan geyimlər olduqca dəbli görünüşlər yaradacaq. Həm kostyum, həm şalvar, həm də donları bəzəyəcək bu detallar adətən qara və ya boz geyimlərdə daha çox təsadüf olunacaq.
Sözügedən geyimlər "Erdem", "Carolina Herrera & Christopher Kane", həmçinin "Burberry & Alexander McQueen" kimi kolleksiyarda yer alıb.
8. Pastel sarı
Bu mövsümün qırmızıdan sonra növbəti dəbli rəngi pastel sarısı hesab olunub. Belə ki, pastel-qızılı sarı tonu olduqca seviləndir. Bu model sadə və şık tendensiyasına zidd olsa da dizayenerlər tərəfindən geniş istifadə olunub.
"Givenchy & Zimmermann", "Givenchy & Zimmermann" kimi isdustriya nəhınglərinin fəaliyyətində bu qabarıq formada görünür.
Zümrüd Allahverdi