Əsas məzmuna keç

2023-cü ilin iyunu planetin ən isti ayı olub

2023-cü ilin iyunu planetin ən isti ayı olub

2023-cü ilin iyun ayı bu cür statistikanın başlanmasından ən isti ay olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa “Copernicus”un məlumatında deyilir.

"İyun 1991-2020-ci illərin orta göstəricisini təqribən 0,5°C dünyada ən isti ayı olub. O, həmçinin 2019-cu ilin iyun ayına qədər olan əvvəlki rekordu əhəmiyyətli fərqlə yenib", - məlumatda deyilir.

Qeyd olunur ki, Avropanın cənub-qərbində rekord yüksək temperatur müşahidə olunub. Kanada, , Meksika, Asiya və Avstraliyanın şərqində havanın temperaturu normadan xeyli yüksək olub.

Eyni zamanda, ABŞ, Avstraliya və Rusiyanın qərb bölgələrində iyun ayı həmişəkindən bir qədər soyuq keçib.

Həmçinin bildirilir ki, okeanların səthinin temperaturu əvvəlki bütün iyun ayından daha yüksək olub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…