Əsas məzmuna keç

2 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib

2 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib

Laçında 2 tondan artıq çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Laçın Rayon Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Malıbəy kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.

Həmin ərazidə yabanı halda bitən çəkisi 2 ton 850 kiloqram olan 5100 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma ilə məhv edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…