Krasavia Hava Yollarına məxsus An-24 sərnişin təyyarəsi yerə endikdən sonra sürüşərək uçuş-enmə zolağından çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "TASS"a istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Təyyarədə 2-si uşaq olmaqla 15 sərnişinin olduğu qeyd edilib.
"Hadisənin baş vermə səbəbləri və şəraiti müəyyənləşdirilir. Nazirlik uçuş təhlükəsizliyi qanunvericiliyinin icrası ilə bağlı araşdırma təşkil edib".