Operativ Məlumat Mərkəzi

10 günlük körpə belə xilas edildi

2 dəq
Paylaş:
10 günlük körpə belə xilas edildi
Hatayın Samandağ bölgəsində 90 saat sonra 10 günlük Yağız adlı körpəsi ilə birlikdə xilas edilən ana yaşadıqlarını İngiltərənin BBC telekanalına danışıb....

Minlərlə insanın həyatını itirdiyi zəlzələlərdən sonra axtarış-xilasetmə işləri davam edir. Bölgədən kədərli xəbərlərlə yanaşı, möcüzəvi hekayələr də eşidirik.

"Operativ Məlumat Mərkəzi- OMM" “Hürriyet”ə istinadən xəbər verir ki, Hatayın Samandağ bölgəsində 90 saat sonra 10 günlük Yağız adlı körpəsi ilə birlikdə xilas edilən ana yaşadıqlarını İngiltərənin BBC telekanalına danışıb.

Necla Camuz möcüzəvi qurtuluşundan danışarkən bildirib ki, yanvarın 27-də dünyaya gələn ikinci oğluna Yağız adını verib. Cəmi 10 gün sonra saat 04:17-də Necla Hataydakı evində uşağına süd verərkən dağıntılar altında qalıblar. Samandağda müasir tipli beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yaşadığını deyən gənc ana bildirib ki, orada özünü təhlükəsiz hiss edib. Amma o da hamı kimi bir gün səhəri dağıntılar altında açacağından xəbərsiz olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər