Operativ Məlumat Mərkəzi

Yaşayış minimumu və ehtiyac meyarı artırılır

1 dəq
Paylaş:
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan...

2025-ci ildə minimumu və meyarının həddi 285 manat olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “ Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb.

Layihələrə əsasən, yaşayış minimumu və ehtiyac 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata çatdırılır.

2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu üçün 232 manat, uşaqlar üçün isə 246 manat proqnozlaşdırılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax