Operativ Məlumat Mərkəzi

Yaşayış minimumu müəyyən edildi - RƏQƏM

1 dəq
Paylaş:
Yaşayış minimumu müəyyən edildi - RƏQƏM
2025-ci il üçün yaşayış minimumu 285 manat müəyyənləşdi. Milli Məclisin I oxunuşda qəbul etdiyi qanun.

Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, layihədə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.

Yaşayış minimumuna paralel olaraq gələn il üçün ehtiyac meyarı da 285 manat olmaqla təsdiqlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər