Operativ Məlumat Mərkəzi

Yaponiya raket təlimlərinin dayandırılmasını tələb edir

1 dəq
Paylaş:
Yaponiya raket təlimlərinin dayandırılmasını tələb edir
bu barədə xarici KİV məlumat yayıb. "Bu, təxribatdan başqa bir şey deyil. Bu, Yaponiyanın müharibənin tərəflərindən birinə çevrilməsinə səbəb ola bilər....

Hokkaydo adasındakı 6 dövlət qurumunun nümayəndələri Yaponiya Müdafiə Nazirliyindən Type-88 quruda yerləşən gəmi əleyhinə raketlərdən istifadə edilən təlimləri dayandırmağı tələb ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Bu, təxribatdan başqa bir şey deyil. Bu, Yaponiyanın müharibənin tərəflərindən birinə çevrilməsinə səbəb ola bilər. Müharibəyə nəzarət etmək üçün qüvvələrin gücləndirilməsi qaçılmazdır", - fəallar bildiriblər.

Təlimlərin iyunun 24-dən 29-dək Hokkaydo sahillərindəki Şizunai poliqonunda keçirilməsi planlaşdırılır. Hərbçilər tədbir zamanı iki raket buraxmağı planlaşdırır. Bu, Yaponiyada ilk belə təlim olacaq, çünki oxşar raketlərin istifadəsi əvvəllər təhlükəli sayılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər