Əsas məzmuna keç

Xocalı Hava Limanının mövcud uçuş-enmə zolağının uzunluğu və eni genişləndiriləcək

Xocalı Hava Limanının mövcud uçuş-enmə zolağının uzunluğu və eni genişləndiriləcək

bu barədə Xocalı Hava Limanında görüləcək işlər barədə Prezident İlham Əliyevə verilən məlumatda bildirilib. Qeyd edilib ki, hava limanının ərazisinin...

Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, uçuş-enmə zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xocalı Hava Limanında görüləcək işlər barədə İlham Əliyevə verilən məlumatda bildirilib.

Qeyd edilib ki, hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Görüləcək bütün işlər norma və standartlara uyğun şəkildə həyata keçiriləcək, ən müasir səviyyəyə çatdırılacaq.

Bildirilib ki, dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.

Qeyd edək ki, İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…