Əsas məzmuna keç

XİN sözçüsü:"Azərbaycan səfirliyə hücum törədənlərin kimliyinin müəyyən edilməsini tələb etdi"

XİN sözçüsü:"Azərbaycan səfirliyə hücum törədənlərin kimliyinin müəyyən edilməsini tələb etdi"

bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, rəsmi Bakı terror aktının müvafiq şəkildə...

"Azərbaycanın İrandakı səfirliyinə silahlı basqının qarşısını almaq istəyərkən xəsarət alan iki şəxsin vəziyyəti qənatbəxşdir".

"Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, rəsmi Bakı terror aktının şəkildə araşdırılması, terror hücumunu törədənlərin, sifarişçilərin edilməsi ilə bağlı İran tərəfinə tələb ünvanlayıb.

"İran tərəfi səfirliyimizin yerləşdiyi ölkə kimi səfirliyimizin təhlükəsizliyini və mühafizəsinin təmin edilməsinə birbaşa məsuliyyət daşıyır. Bu isiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir.

Təsadüfü deyil ki, son aylarda İranda Azərbaycan əleyhinə həyata keçirilən təxribatlar, müvafiq media kampaniyaları Azərbaycana qarşı bu kimi hücumlara rəvac verir. Bu kimi hücum və təxribatların qarşısının alınması vacibdir.

Azərbaycan höküməti olarq İran İslam Respublikasındakı səfirliyimizin əməkdaşlarının təxliyəsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı müvafiq iş həyata keçiriləcək.

Eyni zamanda gələcəkdə bu kimi hücumların qarşısının alınması üçün İran tərəfindən müvafiq tədbirlərin görülməsi zəruridir".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…