8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib.
XİN-dən"Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı, cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.
Bu xüsusda Azərbaycanın qərb bölgələri ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycanın son onilliklər ərzində Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub, bu səylərin Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkret layihələrlə reallaşdırıldığı diqqətə çatdırılıb.
Orta Dəhliz üzrə Xəzər dənizinin şərqindəki tərəfdaş dövlətlər, dost və qardaş Mərkəzi Asiya ölkələri ilə həmçinin Azərbaycanın strateji əlaqələrə malik olduğu məmnunluqla xatırlanıb.
Görüş zamanı Azərbaycanın uzun illər boyu Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı bildirilib, hazırda ölkəmizin təbii qazı ilə təchiz olunan ölkələrin sayının 14-ə çatdığı qeyd olunub.
Ölkəmizin hazırda nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə genişmiqyaslı fəaliyyətlər həyata keçirdiyi qeyd olunub, bu məqsədlə Qara Dəniz Enerji sualtı kabelinin inşası kimi konkret layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XİN rəhbəri ABŞ-ın Orta Dəhliz üzrə missiyasının nümayəndələri ilə görüşüb
Foto qalereya
Oxşar xəbərlər
Xarici Siyasət
Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib
Xarici Siyasət
Marta Kos: Aİ Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığı aktivləşdirir
Xarici Siyasət
Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq
Xarici Siyasət
Azərbaycanın D-8 təşəbbüsü əməkdaşlığa böyük təkan verəcək
Eyni mövzuda
Foto
Xarici Siyasət
Ceyhun Bayramov Tailandın XİN rəhbəri ilə görüşdü - YENİLƏNİB
Foto
Xarici Siyasət
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
Xarici Siyasət
Azərbaycan və Pakistan XİN başçıları mühüm görüş keçirdi
Xarici Siyasət
Ceyhun Bayramov Belçika naziri ilə Yaxın Şərqi müzakirə etdi
Daha çox: Xarici Siyasət
Xarici Siyasət
Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib
Xarici Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə Azərbaycanın beynəlxalq rolunu müzakirə edib
Foto
Xarici Siyasət
Azərbaycan və Laos arasında əməkdaşlıq perspektivi müzakirə edilib
Foto
Xarici Siyasət