Fevralın 11-dən Ukraynada tətbiq edilən gənclər üçün Ukrayna Silahlı Qüvvələri ilə xüsusi müqavilələrin hədəf auditoriyası təxminən 800 min nəfərdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Vladimir Zelenskinin ofis rəhbərinin müavini Pavel Palisa bildirib.
"Hədəf auditoriyası 800 mindir, lakin bu o demək deyil ki, biz Ukrayna Silahlı Qüvvələrindəki bütün vakant yerləri onlarla doldurmaq istəyirik. Gələcəkdə hədəf auditoriyamızı genişləndirmək istəyirik", - deyə o qeyd edib.