Əsas məzmuna keç

Uitkoff Tramp administrasiyasını tərk edə bilər

Uitkoff Tramp administrasiyasını tərk edə bilər

Uitkoff Qəzzada atəşkəsin əldə olunmasında əsas vasitəçi kimi rol oynadıqdan sonra öz biznesinə yenidən fokuslanmaq üçün vəzifəsindən geri çəkiləcək. İki...

ABŞ-nin münaqişəsi üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun administrasiyasındakı vəzifəsini tərk planlaşdırdığı bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Middle East Eye” portalına istinadən xəbər verir ki, Qəzzada atəşkəsin əldə olunmasında əsas vasitəçi kimi rol oynadıqdan sonra öz biznesinə yenidən fokuslanmaq üçün vəzifəsindən geri çəkiləcək.

İki anonim mənbə portala bildirib ki, Uitkoff Yaxın Şərqdəki "yorucu" diplomatik səfərlərdən sonra administrasiyanı tərk etməyi planlaşdırır.

Bundan öncə, sentyabr ayının sonunda “Times of Israel” nəşri də ABŞ-lı bir rəsmiyə istinadən Uitkoffun ilin sonuna qədər vəzifəsindən ayrıla biləcəyini yazmışdı.

Mənbə qəzetə bildirmişdi ki, Qəzza müharibəsində irəliləyişin əldə olunması ilə Uitkoff "ləyaqətlə geri çəkilməyə" hazırlaşır.

Uitkoffun gedişi, ABŞ-nin Trampın Qəzza ilə bağlı sülh planının sonrakı mərhələlərində nə dərəcədə fəal iştirak edəcəyi ilə bağlı suallar yaradır.

Bu plana HƏMAS-ın tərksilah edilməsi, Qəzzanın yenidən qurulması və Fələstin texnokrat hökumətinin təyin edilməsi kimi məsələlər daxildir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…