Operativ Məlumat Mərkəzi

Uçan körpünün yeridə yenisi tikilir - FOTO

2 dəq
Paylaş:
Uçan körpünün yeridə yenisi tikilir - FOTO

Xaçmazda üzərindəki körpünün yerində yenisinin inşasına başlanılır.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, yeni körpünün inşası üçün əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Hazırda köhnə körpünün qalıqlarının ərazidən daşınması işləri aparılır. Paralel olaraq bu gündən yeni körpünün svaylarının vurulmasına başlanılacaq.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra Hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, yeni körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə müvəqqəti piyada körpüsü inşa olunur. Həmin piyada keçidi köhnə körpüdən təxminən 50 metr qərb istiqamətdə olacaq.

“Bu barədə qərar verilib. Əraziyə də baxış keçirmişik. Günün sonuna kimi üçün çayın hər iki istiqamətinə keçid təmin olunacaq. Bunun üçün, çayın münasib hissəsində suyun boruların içərisindən axması təmin olunacaq. Həmin boruların üzərindən isə piyadalar üçün müvəqqəti yol salınacaq”, - deyə Anar Oruclu bildirib.

Qudyalçay üzərində yeni avtomobil körpüsünün inşasının 2-3 ay ərzində tamamlanması nəzərdə tutulur.

Hazırda sakinlər rayonun Qımılqışlaq kəndindən keçən yoldan istifadə edirlər. Həmin yolda hərəkətlə əlaqədar əlavə tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı yol nişanları qoyulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax