Operativ Məlumat Mərkəzi

Türkiyənin 60-dan çox deputatı Azərbaycana gəlir

1 dəq
Paylaş:
Türkiyənin 60-dan çox deputatı Azərbaycana gəlir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir. "Operativ Məlumat Mərkəzi-OMM"-ə bu barədə TBMM-nin...

Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə bu barədə TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onlar sabah Milli Məclisin 106 illiyi ilə bağlı “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçiriləcək Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər.

Daha sonra türkiyəli deputatlar Qarabağa – Şuşa və Xankəndiyə səfər edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər