Əsas məzmuna keç

Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat keçirilib, klub idarəçiləri və futbolçular barəsində saxlanma qərarı çıxarılıb - YENİLƏNİB

Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat keçirilib, klub idarəçiləri və futbolçular barəsində saxlanma qərarı çıxarılıb - YENİLƏNİB

Türkiyə Futbol Federasiyasının hakimlərin mərc oyunlarında iştirak etdiyini aşkarlamasından sonra başlayan istintaq çərçivəsində əməliyyatlar genişlənib....

Türkiyədə saxlanılanlar arasında “”nın futbolçusu Mert Hakan Yandaş və “Qalatasaray”ın oyunçusu Metehan Baltacı da var.

"Operativ Məlumat Mərkəzi-OMM"-in NTV-yə istinadən xəbərinə görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətə “Futbol oyunları araşdırması” kimi tanınan işin ikinci hissəsi çərçivəsində “Qalatasaray”ın futbolçusu Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi aşkarlanıb.

Eyni zamanda, “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın başqası vasitəsilə qanuni mərc oyunlarında iştirak etdiyi məlum olub.

***

İstanbul Baş Prokurorluğu futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində yeni əməliyyatlara başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" NTV-yə istinadən xəbər verir ki, Futbol Federasiyasının hakimlərin mərc oyunlarında iştirak etdiyini aşkarlamasından sonra başlayan istintaq çərçivəsində əməliyyatlar genişlənib.

Çoxsaylı idarəçisi və futbolçu barəsində saxlanılma çıxarılıb.

Qeyd edək ki, bir müddət əvvəl İstanbul şəhərinin Baş prokuroru Akın Gürlek Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı klub prezidentləri və hakimlərə qarşı əməliyyatın keçiriləcəyinin anonsunu vermişdi.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…