Operativ Məlumat Mərkəzi

Türkiyə Rusiyadan qaz almağı planlaşdırır

1 dəq
Paylaş:
Türkiyə Rusiyadan qaz almağı planlaşdırır
CNN Türk-ə müsahibəsində nazir bildirib ki, qaz təchizatının təhlükəsizliyi üçün müxtəlif mənbələrdən alınan qazın davamlılığı vacibdir. “Vətəndaşlara...

Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ölkəsinin Rusiyadan qaz idxalından imtina etməyi planlaşdırmadığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, CNN Türk-ə müsahibəsində nazir bildirib ki, qaz təchizatının təhlükəsizliyi üçün müxtəlif mənbələrdən alınan qazın davamlılığı vacibdir.

“Vətəndaşlara qazın qurtardığını deyə bilmərik. Qaz təchizatının təhlükəsizliyi bu mənbələrin ayrı-seçkilik olmadan istifadəsi ilə təmin olunur. Qış yaxınlaşır və bizim Rusiya, Azərbaycan, İran, Türkmənistanla mövcud müqavilələrimiz var. Bu müqavilələr çərçivəsində qaz tədarükü davam edəcək”, - deyə Bayraktar vurğulayıb.

Qeyd edək ki, Rusiya son dövrlərdə Türkiyəyə qaz ixracını 26 faiz artırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər