Əsas məzmuna keç

Türkiyə Cənubi Kipr ilə Livan arasında imzalanmış sazişə etiraz edib

Türkiyə Cənubi Kipr ilə Livan arasında imzalanmış sazişə etiraz edib

bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli bəyanat yayıb. Bəyanatda Cənubi Kipr Rum Administrasiyasının 2003-cü ildən bəri kiprli türkləri nəzərə almadan...

Xarici İşlər Nazirliyi Livanla Kipr Rum Administrasiyası arasında imzalanan səlahiyyət zonaları sazişinə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli bəyanat yayıb.

Bəyanatda Cənubi Kipr Rum Administrasiyasının 2003-cü ildən bəri kiprli türkləri nəzərə almadan bölgə ölkələri ilə dəniz sazişləri imzaladığı qeyd olunub.

Bildirilib ki, yeni saziş Türkiyənin kontinental şelfinin hüdudlarından kənarda qalsa da, kiprli türklərin hüquqları ilə birbaşa bağlıdır. Cənubi Kipr Rum Administrasiyası bütün adanı təmsil etmədiyi, bu səbəbdən bütün adanı əhatə edən bu cür razılaşmalar imzalamağa səlahiyyətli olmadığı vurğulanıb və ictimaiyyət bu birtərəfli addımlara dəstək verməməyə çağırılıb.

Qeyd olunub ki, Türkiyə Respublikası Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə kiprli türklərin haqq və mənafelərini qorumaqda qətiyyətlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…