Operativ Məlumat Mərkəzi

Tramp: Ukrayna yaxın vaxtlarda “Tomaqavk” raketləri alacağını gözləməməlidir

1 dəq
Paylaş:
Tramp: Ukrayna yaxın vaxtlarda “Tomaqavk” raketləri alacağını gözləməməlidir
bu barədə ''The Wall Street Journal'' iki ABŞ rəsmisinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Trampın əsas prioriteti Rusiya-Ukrayna...

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi görüş zamanı Ukrayna lideri Vladimir Zelenskiyə bildirib ki, Ukrayna yaxın vaxtlarda “Tomaqavk” tipli uzaqmənzilli raketlərin təhvil verilməsini gözləməməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''The Wall Street Journal'' iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Trampın əsas prioriteti Rusiya-Ukrayna münaqişəsinə son qoymaqdır. Görüş zamanı o, Zelenskiyə münaqişənin həllində “heç bir konkret ərazi nəticəsinə bağlı olmadığını” da qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər