ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu fevralın 4-də Ağ Evdə görüşə dəvət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin Baş Nazirliyi məlumat yayıb.
"ABŞ prezidenti Donald Tramp baş nazir Benyamin Netanyahunu fevralın 4-ü Ağ Evdəki görüşə dəvət edib. Baş nazir Netanyahu Donald Trampın ikinci dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir”, - deyə məlumatda bildirilib.