Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp Rusiyanın adını on dəfə, o cümlədən onun prezidenti Vladimir Putini bir dəfə xatırladıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp Ukraynadakı münaqişəni xatırladıb və həmçinin Avropa ölkələrini Amerikanın Rusiya Federasiyasına qarşı məhdudiyyətlərinə qoşulmağa çağırıb.
Amerika lideri qeyd edib ki, Vaşinqton Moskva Ukrayna münaqişəsinə son qoymağa razılıq verməsə, ona “ciddi tariflər” tətbiq etməyə hazırdır.
Ağ Ev rəhbərinin çıxışı 57 dəqiqə davam edib ki , bu da Baş Assambleyada adi çıxışdan demək olar ki, iki dəfə çoxdur.