"Tottenhem" məşqçi masasında böyük dəyişikliklərə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" "The Sun"a istinadən xəbər verir ki, Ange Postecoglou bu yay klubu tərk edəcək.
Vakant yerə əsas namizəd Amsterdamın "Ayaks" klubunun hazırkı məşqçisi 36 yaşlı Françesko Farioli hesab edilir.
"Spurs"un qısa siyahısına "Fulhem"in baş məşqçisi Marko Silva, "Bornmut"dan Andoni İraola və "Kristal Pelas"dan Oliver Qlasner də daxildir.