Əsas məzmuna keç

Tərlan Əhmədov üçün yubiley oyunu

Tərlan Əhmədov üçün yubiley oyunu

həmin qarşılaşma Gəncə təmsilçisinin çalışdırıcısı Tərlan Əhmədov üçün əlamətdar olub. O, Azərbaycan çempionatında 200-cü oyununu keçirib. 52 yaşlı...

Premyer Liqasının 25-ci turunda “Sabah”a uduzub (0:2).

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin qarşılaşma Gəncə təmsilçisinin çalışdırıcısı üçün əlamətdar olub. O, Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

52 yaşlı mütəxəssis Premyer Liqada 2013/14 mövsümündə AZAL-ın “sükanı arxasında” debüt edib. Sonradan “Neftçi” və “Keşlə”ni çalışdıran Əhmədov 2022/23 mövsümündə “Kəpəz”in təyin edilib.

Azərbaycan çempionatında 10-cu mövsümünü keçirən Tərlan Əhmədovun komandaları ümumilikdə 61 qələbə qazanıb, 51 heç-heçə edib və 88 dəfə uduzub. O, ölkə çempionatının tarixinə ən azı 200 matç keçirən 10-cu baş məşqçi kimi düşüb.

Xatırladaq ki, Tərlan Əhmədovun Premyer Liqadakı debütü 2014-cü il martın 23-də gerçəkləşib. Həmin matçda AZAL evdə “Bakı”ya məğlub olub (1:2).

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…