Əsas məzmuna keç

Tbilisidə müxalifət etiraz aksiyası keçirir

Tbilisidə müxalifət etiraz aksiyası keçirir

Oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkiləri boykot edən müxalifət partiyalarının nümayəndələri Tbilisinin mərkəzi Rustaveli prospektində mitinq...

Oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkiləri edən partiyalarının nümayəndələri Tbilisinin mərkəzi Rustaveli prospektində mitinq keçirirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" verir ki, mitinqə bəzi bölgələrdən , eləcə də tələbələr qatılır. Tbilisinin bəzi ərazilərindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tbilisi Şəhər Şurasının binası qarşısında quraşdırılıb.

Təşkilatçılardan biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, aksiyada qətnamə qəbul ediləcək və həmin andan hakimiyyət xalqın əlində olacaq.

Ərazidə tədbirləri gücləndirilib. İctimai təhlükəsizliyin qorunmasına əlavə polis qüvvələri cəlb olunub.

Mitinq hələlik dinc şəraitdə davam edir.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi təşkilatçıları və iştirakçıları aksiyanı qanunla müəyyən edilmiş çərçivədə keçirməyə çağırıb. İstənilən qanun pozuntusuna müvafiq hüquqi cavabın veriləcəyi bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…