Əsas məzmuna keç

Slovakiya XİN İlham Əliyevə təşəkkür edib

Slovakiya XİN İlham Əliyevə təşəkkür edib

XİN Azərbaycan Prezidentinin Slovakiya Baş naziri Robert Fitsoya silahlı hücumu pislədiyi paylaşıma cavab verərək bu dəstəyi yüksək qiymətləndirib....

Slovakiya Xarici İşlər Nazirliyi İlham Əliyevə təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN Prezidentinin Slovakiya Baş naziri Robert Fitsoya silahlı hücumu pislədiyi paylaşıma cavab verərək bu dəstəyi yüksək qiymətləndirib.

"Cənab , şəfqət dolu sözlərinizə və dəstəyinizə görə təşəkkür edirik",-paylaşımda bildirilib.

Xatırladaq ki, ötən gün Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. Prezident İlham Əliyev həmin gün bu sui-qəsd cəhdini öz “X” səhifəsində pisləyib.

Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”, qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…