Operativ Məlumat Mərkəzi

Simeone "İnter"in baş məşqçisi ola bilər

1 dəq
Paylaş:
Simeone "İnter"in baş məşqçisi ola bilər

“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin İtaliya çempionatında işləmək imkanı var.

"Operativ Məlumat Mərkəzi-OMM" “Todofichajes” portalına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə “İnter” klubu maraqlanır.

“Neradzurri” Səudiyyə Ərəbistanı çempionatına gedə biləcək Simone İnzaqinin yerinə Simeoneni götürməyi düşünür.

Xatırladaq ki, Simeone 2011-ci ilin dekabrından "matrasçılar"ın baş məşqçisidir. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonunda başa çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər