Çin və Rusiya köklü münasibətlərə malik əsl dostdur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Çin və Rusiya ümumi sərhədi paylaşan mehriban qonşulardır və eyni zamanda bir çox çətinliklərdən keçmiş həqiqi dostlardır”.
Si Cinpin qeyd edib ki, Çin və Rusiya tərəfləri strateji koordinasiya və praktiki qarşılıqlı əlaqəni təkmilləşdirməlidirlər.
"Biz daim strateji koordinasiya və praktiki əməkdaşlığı dərinləşdirməli, iki ölkənin ümumi inkişafına və dirçəlişinə kömək etməliyik", - Çin lideri bildirib.