Azərbaycan hüquq mühafizə orqanları əməliyyat tədbirləri fəaliyyətini davam etdirir. İran xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində agentura şəbəkəsini ayırd etmək, eyni zamanda onların həbsi istiqamətində addımlar atır.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Millət Vəkili Arzu Nağıyev deyib.
"Əsas məsələ ondan ibarətdir ki, artıq ortada sübut olunmuş məsələlər var ki, Azərbaycan dövlətinə qarşı konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində güc vasitəsilə belə faktlar ortaya çıxır. Məhz buna görə də, Azərbaycan artıq 4 nəfər İranın Azərbaycandakı səfirliyinin nümayəndəsini "person-on-grata", yəni arzuolunmaz şəxs kimi ölkədən çıxarmaq haqqında qərar qəbul edib.
Bunlar da məlumdur ki, səfirlikdə fəaliyyət göstərən kəşfiyyatçılar ola bilər. Eyni zamanda birbaşa o şəxslərlə, hansı ki icraçılar da onlarla işləyən şəxslər ola bilər.
Sadəcə olaraq diplomatik toxunulmazlıqları olduqlarına görə məhz onların buradan getməsi arzu olunub. Çox güman ki, onların əməlləri artıq sübuta yetirilmişdir".
Aminə Nəzərova