Əsas məzmuna keç

Seçicilər səs verəcəkləri məntəqələri "ASAN xidmət"də öyrənə biləcəklər

Seçicilər səs verəcəkləri məntəqələri "ASAN xidmət"də öyrənə biləcəklər

ölkə üzrə bütün "ASAN xidmət" mərkəzlərində seçici statusunu yoxlaya biləcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı "ASAN xidmət" mərkəzlərindəki "ASAN " terminallarında "Seçici statusunu yoxla" adlı xüsusi bölmə yaradılıb.

Belə ki, şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq, adlarını seçici siyahısında yoxlaya və hansı məntəqəsində səs verməli olduqlarını öyrənə .

Həmçinin, qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür.

Əgər məlumatlar sistemdə əks olunmazsa açılmış ekranda əlaqə məlumatlarını yazmaqla Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək imkanı da yaradılıb.

Sözügedən innovativ həll MSK və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb.

Qeyd edək ki, gün ərzində “ASAN xidmət”ə 40 000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlar növbə götürərərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…