Operativ Məlumat Mərkəzi

Sampaoli "Renn"dən qovulacaq

1 dəq
Paylaş:
Sampaoli "Renn"dən qovulacaq
argentinalı mütəxəssis tezliklə məşqçi postunu tərk edəcək. Sampaolinin istefası ilə bağlı qərar artıq verilib. Bu yaxınlarda rəsmi olaraq elan olunacaq....

Fransanın "Renn" klubunun rəhbərliyi komandanın baş məşqçisi Xorxe Sampaolinin işindən narazıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Lequipe"yə istinadən xəbər verir ki, argentinalı mütəxəssis tezliklə məşqçi postunu tərk edəcək.

Sampaolinin istefası ilə bağlı qərar artıq verilib.

Bu yaxınlarda rəsmi olaraq elan olunacaq.

Argentinalı noyabrın 12-dən “Renn”in baş məşqçisidir.

Fransa çempionatının 19 turundan sonra komanda 17 xal toplayıb.

Sampaolinin komandası liqa cədvəlində cəmi 16-cı yerdədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər