Əsas məzmuna keç

Sabunçuda evdə partlayış olub, yaralananlar var

Sabunçuda evdə partlayış olub, yaralananlar var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi evində baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 80kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…