Əsas məzmuna keç

Rumıniya Azərbaycan qazının nəqli ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayıb

Rumıniya Azərbaycan qazının nəqli ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayıb

Rumıniya qazının nəqlini qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırma hazırlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Rumıniyanın Baş naziri Azərbaycan qazının Kulevi-Konstansa marşrutu ilə nəqlinin texniki-iqtisadi əsaslandırılmasının aparılması haqqında göstəriş verib.

Layihə Konstansada (Rumıniya) qazın mayeləşdirilməsi stansiyasının tikintisini, qazın boru kəmərlərinə nəqlini, oradan istənilən istiqamətə nəqlini nəzərdə tutur. "Bu, Avropanı qazla təmin etmək üçün əlavə variantdır, o, səmərəli olsa, Rumıniyanı qonşu ölkələr, ilk növbədə, Moldova üçün qaz mərkəzinə çevirməyə kömək edəcək", - Nikolae Çuke bildirib.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…