Operativ Məlumat Mərkəzi

"Real" bu futbolçunu sata bilər

1 dəq
Paylaş:
"Real" bu futbolçunu sata bilər

"Real"ın sol müdafiəçisi Fran Qarsiya klubu tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Diario Sport"a istinadən xəbər verir ki, "Real" "Bavariya"nın müdafiəçisi Alfonso Deyvisə yer açmaq üçün Qarsiyanı satmağa hazırdır.

25 yaşlı Qarsiya "Real" yetirməsidir. Bu mövsüm bütün yarışlarda 13 oyunda iştirak edib və heç bir qol vurmayıb.

Qarsiyanın klubla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

"Transfermarkt" futbolçunun dəyərini 15 milyon avro qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər