ABŞ Prezidenti Donald Tramp quruda da narkotik qaçaqmalçılarına qarşı mübarizə aparmaq niyyətini bir daha təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Yəqin ki, dəniz yolu ilə narkotik qaçaqmalçılığının 96%-nin azaldığını eşitmisiniz. İndi quruya çıxacağıq. Quruda daha asandır", - o qeyd edib.
ABŞ prezidenti həmçinin ölkəyə qanunsuz narkotik idxalının qarşısını aldıqlarına görə Sahil Mühafizəsinə və hazırda Karib dənizində olan "USS Gerald Ford" təyyarədaşıyan gəmisinin heyətinə təşəkkür edib.