Əsas məzmuna keç

Qırmızı dənizdəki koalisiya genişlənib

Qırmızı dənizdəki koalisiya genişlənib

bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Pat Rayder bildirib. Onun sözlərinə görə, sözügedən koalisiya Qırmızı dənizdə naviqasiya azadlığını və...

ABŞ-nin dənizdə gəmiləri Yəməndəki husi qiyamçıların hücumlarından qorumaq üçün etdiyi koalisiyaya 20-dən çox ölkə qoşulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Pat Rayder bildirib.

Onun sözlərinə görə, sözügedən koalisiya Qırmızı dənizdə naviqasiya azadlığını və təhlükəsizliyi qorumağa sadiq olan dünyanın müxtəlif ölkələrindən ibarətdir.

Ryder bildirib ki, bu həftə Bab ül-Məndəb boğazından cəmi 30 neft tankeri keçib. Son 3 həftə ilə müqayisədə həmin bölgədən keçən gəmilərin sayında 40% azalma müşahidə olunub.

Qeyd edək ki, son günlər husi qiyamçılarının ticarət üçün əsas dəhliz olan Qırmızı dənizdə yük daşımalarına qarşı hücumları artıb. Tankerlər, əsasən, Babül-Məndəb boğazında hücuma məruz qalırlar. Husilər bunun İsrailin Qəzzaya endirdiyi zərbələrə cavab olduğunu bildirir.

Bundan sonra Birləşmiş gəmiləri bu cür hücumlardan qorumaq üçün Qırmızı dənizdə “Rifah keşikçisi” adlı əməliyyata başlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…