Fələstin qrupları, o cümlədən Qəzza zolağında sülhməramlı qüvvələr yalnız BMT-yə tabe olmalıdır, əks halda onlar işğalçı qüvvələrə çevriləcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı HƏMAS-ın "Telegram" kanalında müvafiq bəyanat dərc olunub.
“Biz hesab edirik ki, istənilən beynəlxalq qüvvə BMT-yə tam tabe olmalı və müstəsna olaraq Qəzza zolağında Fələstinin dövlət qurumları ilə koordinasiyada hərəkət etməlidir”, - bəyanatda deyilir.
Bu gün BMT Təhlükəsizlik Şurası ABŞ-nin dəstəklədiyi Qəzza zolağı ilə bağlı qətnamə layihəsinə səs verəcək.