Əsas məzmuna keç

Qəbələ sakinlərindən ov tüfəngləri götürülüb, 11 nəfər saxlanılıb

Qəbələ sakinlərindən ov tüfəngləri götürülüb, 11 nəfər saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın daşınması və...

Qəbələ Rayon Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursatın götürülməsi, mülki silahın daşınması və saxlanılması qaydalarının pozulması, eləcə də qanunsuz ov hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakinləri – Feyruz Vəliyev, Rudik Qukasov və Tofiq Nəsrullayevdən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Keçirilən digər tədbirlər nəticəsində isə rayon ərazisində qanunsuz ov edən 1, mülki ov silahının daşınması qaydalarını pozan 11 nəfər müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…