Operativ Məlumat Mərkəzi

Qazaxda avtomobil divara çırpılıb, ölən və yaralanan var

1 dəq
Paylaş:
Qazaxda avtomobil divara çırpılıb, ölən və yaralanan var
hadisə rayon ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı divara çırpılıb. Qəza...

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev hadisə yerində həyatını itirib. 1996-cı il təvəllüdlü M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər