Əsas məzmuna keç

Qarabağ Regional Təhsil İdarəsi çoxsaylı əməkdaşının işdən azad olunması xəbərinə aydınlıq gətirib

Qarabağ Regional Təhsil İdarəsi çoxsaylı əməkdaşının işdən azad olunması xəbərinə aydınlıq gətirib

Mediada Qarabağ Regional Təhsil İdarəsinin çoxsaylı əməkdaşının işdən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu barədə "Operativ...

Mediada Təhsil İdarəsinin çoxsaylı əməkdaşının işdən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq idarədən bildirilib.

Qeyd olunub ki, il başlayandan regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib.

"Qarabağ RTİ-də metodiki kabinetlərdə metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib. Metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib. Ümumilikdə 61 əməkdaşın 52-nin işlə təminatı artıq həyata keçirilib, digər əməkdaşlarla bağlı müvafiq proses icra edilir", - məlumatda bildirilib.

Xatırladaq ki, və mediada Qarabağ Regional Təhsil İdarəsinin 53 əməkdaşının işdən çıxarıldığı barədə məlumatlar yayılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…