Operativ Məlumat Mərkəzi

Putinlə Orban telefonla danışdı

1 dəq
Paylaş:
Putinlə Orban telefonla danışdı
ölkə liderləri enerji sektorunda qarşılıqlı faydalı layihələri müzakirə edib, ticari-iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirib. Tərəflər xarici...

Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orban ilə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkə liderləri enerji sektorunda qarşılıqlı faydalı layihələri müzakirə edib, ticari-iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirib.

Tərəflər xarici siyasət gündəminə də toxunublar. Belə ki, Macarıstanın Baş naziri Ukrayna böhranının həllində maraqlı olduğunu bildirib. Putin isə öz növbəsində hazırda münaqişənin sülh yolu ilə həlli imkanının olmadığını vurğulayıb.

Onlar, həmçinin Bəşər Əsəd rejiminin devrildiyi Suriyada baş verən hadisələr kontekstində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər