Əsas məzmuna keç

Putin Ərdoğanla görüşüb

Putin Ərdoğanla görüşüb

Rusiya Prezidenti Vladimir Putin BRICS sammiti çərçivəsində lideri Rəcəb Tayyib ilə ikitərəfli görüş keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, liderlər ticari-iqtisadi əlaqələrin inkişafı perspektivlərini, eləcə də Türkiyə ərazisində qaz qovşağının yaradılması layihəsini müzakirə edəcəklər.

Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl Putin Ankarada törədilmiş aktı ilə əlaqədar Ərdoğana başsağlığı verib.

“İşimizə başlamazdan əvvəl terror aktı ilə əlaqədar sizə başsağlığı vermək istərdim. Mediada Türkiyədə terror aktı baş verdiyi barədə məlumatlar çıxıb”, - Rusiya lideri söyləyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Türkiyə liderləri son dəfə Şanxay Təşkilatının iyul ayında Astanada baş tutmuş sammitindən əvvəl görüşmüşdü.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…