Operativ Məlumat Mərkəzi

Polşa Aİ fondlarından Ukrayna üçün 91 milyon avro ayırıb

1 dəq
Paylaş:
Polşa Aİ fondlarından Ukrayna üçün 91 milyon avro ayırıb

Avropa Komissiyası (AK) Polşanın RARS şirkəti tərəfindən Ukrayna üçün generatorların alınmasında vəsaitin oğurlandığını açıqlayıb.

Oğurluğun məbləği 91 milyon avro təşkil edib, Polşa bu vəsaiti dövlət büdcəsindən qaytarmalı olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

AK satınalma layihəsinin yekun qiymətləndirilməsini 2026-cı ildə edəcək. Bundan sonra pulun geri qaytarılması ilə bağlı qərar Polşa tərəfindən qanuni olaraq veriləcək.

"Biz Aİ tərəfindən maliyyələşdirilən layihələrdə fırıldaqçılıq, korrupsiya və sui-istifadə iddialarına qarşı sıfır dözümlülük siyasətinə sadiqik", - AK nümayəndəsi bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər