Operativ Məlumat Mərkəzi

"Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!"

1 dəq
Paylaş:
"Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!"

Baş Dövlət İdarəsi (BDYPİ) sürücüləri piyadalara qarşı nəzakətli olmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yayıb.

Məlumatda bildirilir ki, soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir.

"Elə sürücülər var ki, yol kənarında piyadaları nəzərə almır, yollardan keçərkən həddini azaltmaq əvəzinə əksinə sürət həddini daha da artıraraq, onların -başlarını batırmağa nail olurlar. Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax