Operativ Məlumat Mərkəzi

Pirotexniki vasitələr satan 23 nəfər saxlanılıb

1 dəq
Paylaş:
Pirotexniki vasitələr satan 23 nəfər saxlanılıb
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Daxili işlər...

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Daxili işlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 23 nəfər müəyyən olunaraq saxlanılıb.

Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər