Operativ Məlumat Mərkəzi

Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb

1 dəq
Paylaş:
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Daxili İşlər...

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 20 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər