Operativ Məlumat Mərkəzi

Pensiya islahatlarına qarşı aksiya iştirakçıları Makronu fitə basıb

1 dəq
Paylaş:
Pensiya islahatlarına qarşı aksiya iştirakçıları Makronu fitə basıb

Fransa Prezidenti Emmanuel Makron Hautes-Alpes əyalətinin Savines-le-Lak kəndinə səfər edib və pensiya islahatlarına qarşı etiraz edənlər onu fitə basıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Le Parisien” nəşri yazıb.

Qeyd olunub ki, aksiya iştirakçıları oturaq aksiya keçirib, Makrona qarşı müxtəlif şüarlar səsləndirib ve Prezidentin korteji keçərkən onu fitə basıb.

Bunun nəticəsində polis qüvvələri ilə qarşıdurma yaranıb, toqquşma zamanı həbs olunanlar və xəsarət alanların olduğu bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər