Əsas məzmuna keç

Pakistan Hindistanın təcavüzü barədə BMT-yə məlumat verib

Pakistan Hindistanın təcavüzü barədə BMT-yə məlumat verib

bununla bağlı xarici KİV məlumat yayıb. Məsələ ilə bağlı Pakistanın BMT-dəki daimi nümayəndəliyindən yazılı açıqlama verilib. "Pakistanın Baş naziri və...

Pakistanın BMT-dəki (BMT) Nümayəndəliyi Hindistanın açıq-aşkar təcavüzü barədə BMT-nin baş katibinə, BMT Baş Assambleyasının sədrinə və BMT Şurasının sədrinə məlumat verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məsələ ilə bağlı Pakistanın BMT-dəki daimi nümayəndəliyindən yazılı açıqlama verilib.

"Pakistanın Baş naziri və nazirinin tapşırığına əsasən, Pakistanın BMT yanında daimi nümayəndəsi Asim İftixar Əhməd Hindistanın Pakistanın suverenliyinə və hüquqa qarşı açıq təcavüzü, beynəlxalq sülh və təhlükəsizliyə təhdid etdiyi barədə BMT-nin baş katibinə, BMT Baş Assambleyasının sədrinə və BMT Təhlükəsizlik Şurasının sədrinə məlumat verib. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnu qorumaq üçün “istənilən vaxt və yerdə” təcavüzə lazımi şəkildə cavab vermək hüququnu özündə saxlayır.", - açıqlamada deyilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…