Operativ Məlumat Mərkəzi

Netanyahu ABŞ-də Trampla görüşəcək

1 dəq
Paylaş:
Netanyahu ABŞ-də Trampla görüşəcək
İsrailin baş naziri Benyamin Netanyahu yaxın həftələrdə Vaşinqtona səfər etməyi və ABŞ-nin 47-ci prezidenti Donald Trampla görüşən ilk xarici liderlərdən...

İsrailin baş naziri Benyamin Netanyahu yaxın həftələrdə Vaşinqtona səfər etməyi və ABŞ-nin 47-ci prezidenti Donald Trampla görüşən ilk xarici liderlərdən biri olmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu İsrailin ABŞ-dəkı səfiri Maykl Hersoq səlahiyyət müddətinin başa çatması münasibətilə "Walla" portalına müsahibəsində deyib.

"Baş nazir Netanyahunun yaxın həftələrdə Ağ Evə səfəri gözlənilir. Müzakirələr davam edir, lakin hələlik yekun tarix yoxdur", - deyə o bildirib.

Bundan əlavə, İsrailin Vaşinqtondakı səfirinin sözlərinə görə, Trampın ABŞ-nin əvvəlki administrasiyası tərəfindən İordan çayının qərb sahilində bir neçə yəhudi məskunlaşmasına qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi və noyabrın 21-də Netanyahu üçün həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tədbir görəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər