Operativ Məlumat Mərkəzi

Nəsimi rayonunda yanğın baş verib - FOTO - YENİLƏNİB

2 dəq
Paylaş:
Nəsimi rayonunda yanğın baş verib - FOTO - YENİLƏNİB
hazırda yanğının söndürülməsi işləri davam etdirilir.  Əlavə məlumat veriləcək. *** Nəsimi rayonu, “4-cü mikrorayon” dairəsi, Hüseyin Seyidzadə küçəsində...

Bakı şəhərinin Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Nəsimi rayonu, “4-cü mikrorayon” dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər